“Porsche 928” məzarlığı AŞKARLANDI  - FOTO
08 oktyabr 2021 09:12 (UTC +04:00)

“Porsche 928” məzarlığı AŞKARLANDI - FOTO

Steve Rodos adlı şəxs bir zamanlar Amerikada məşhur olar “Porsche 928” markalı avtomobillə dolu məzarlıq aşkarlayıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, o bu haqda sosial media hesabından məlumat verib.

Məzarlıqda 1978-1995-ci ilə qədər istehsal olunan “Porsche 928” markalı avtomobillər yer alıb.

Rodosun paylaşdığı fotolarda 13 avtomobil görünür. Ərazi sahibindən maşınlarını saxlamağı xahiş edən şəxslər illərdi avtomobilləri ilə maraqlanmadıqları məlum olub.

Steve Rodos avtomobilləri oğurlamaq istəyənlər üçün də bildirib ki, “Porsche 928” məzarlığı təhlükəsizlik kameraları vaistəsilə qorunur.

# 2205
avatar

Nigar Adil

Oxşar yazılar