Piknik edən qadınları dalğalar apardı
11 iyun 2024 16:25 (UTC +04:00)

Piknik edən qadınları dalğalar apardı

Avstraliyanın Sidney şəhərində qadınlar piknikdə olarkən dalğa onları qayalardan aparıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki dalğalar tərəfindən sürüklənən 2 qadını xilas etmək mümkün olmayıb. Üçüncü qadın isə Sazerlend ştatının Kernell şəhərində baş verən faciədən sonra xəstəxanada qalır.

Bildirilir ki, Sidneyin cənubunda piknik edən iki qadını güclü dalğa qayalıqlardan dənizə sürükləyib, nəticədə onlar boğularaq ölüblər.

Ərazi üzrə polis rəisi Co Maknalti bildirib ki, bir qrup qadın “Botany Bay” Milli Parkında piknik edib. O, ABC News-a deyib: “Onlar səthinin aşağı olduğu qayalıq dağa gəzməyə gediblər. Bu qaya çöküntüsü çox açıqdır və dalğaya məruz qaldıqda çox sürüşkən olur. Orada olmaq, xüsusən də okeana çox yaxın olduğu üçün həqiqətən təhlükəlidir”.

Maknalti bildirib ki, üç qadını böyük dalğa suya çəkib:

“Təzyiq onları dənizə aparıb. Amma xoşbəxtlikdən onlardan birini sudan çıxarmaq mümkün olub”.

Yaxınlıqdakı polis vertolyotu qadınları suda görüb və polis qayığı ilə birlikdə xilasedicilər huşsuz vəziyyətdə olan iki qadını sudan çıxarıblar. Ekipaj üzvləri süni tənəffüs versələr də, qadınları canlandıra bilməyiblər.

Ölən qadınların rəsmi şəxsiyyətləri hələlik müəyyən edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2601
avatar

Oxşar yazılar