Öldürülən Ramin
14 oktyabr 2021 17:01 (UTC +04:00)

Öldürülən Ramin

İsveçdə güllələnən azərbaycanlı ilə bağlı ŞOK İDDİA: Ölümündən qabaq...

İsveçdə azərbaycanlının qətli ilə bağlı daha bir fakt ortaya çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, polis ölümündən öncə qətlə yetirilən 43 yaşlı Ramin Mahmudovu danışdıra bilib.

Onun hansı səbəbdən öldürüldüyü dəqiq bilinmir.

Lakin iddia olunur ki, o, naməlum şəxs tərəfindən səhvən öldürülüb.

***

Saat: 14:36

İsveçdə 43 yaşlı azərbaycanlının qətlə yetirilməsi ilə bağlı yeni xəbər var.

Lent.az İsveçdəki mənbələrə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları əməliyyat tədbirləri keçiriblər. Nəticədə qətli törətməkdə şübhəli bilinən 20 yaşlı bir nəfər saxlanılıb.

***

Saat: 13:01

Lent.az İsveçdə qətlə yetirilən 43 yaşlı azərbaycanlı ilə bağlı bəzi təfərrüatları əldə edib.

Məlum olub ki, öldürülən 1978-ci il iyulun 2-də anadan olan Mahmudov Ramin Məhəmmədəli oğludur. O, əslən Qubadlı rayonundandır. Onlar məcburi köçkün kimi Bakıda məskunlaşıblar.

12 il bundan əvvəl Ramin ailəsi ilə birlikdə İsveçə köçüb. Bu zaman onun həyat yoldaşı hamilə olub. Amma uşaq doğulandan bir qədər sonra onun xanımı digər övladını da götürərək Bakıya qayıdıb.

Ramin isə İsveçdə qalaraq xidmət sahəsində çalışıb. O, hər ay ailəsinə pul göndərirmiş.

Hadisənin motivi hələlik məlum deyil. Onun İsveçdə dəfn ediləcəyi, yaxud nəşinin Azərbaycana göndəriləcəyi hələ ki dəqiq bilinmir.

***

Saat: 10:30

İsveçin paytaxtı Stokholmda azərbaycanlı öldürülüb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, 43 yaşlı azərbaycanlı odlu silahla qətlə yetirilib.

Qətlə yetirilən şəxs 12 il əvvəl həyat yoldaşı və uşağı ilə İsveçə gedibmiş. Bundan sonra onların bir uşağı doğulub. Bir qədər sonra ailə dağılıb, evin xanımı isə Azərbaycana geri qayıdıb.

Həmin qadının yerli mətbuata verdiyi açıqlamaya görə, əri sakit təbiətli adam olub, heç vaxt əsəbiləşməzmiş. O da Azərbaycana qayıtmaq istəyirmiş.

İstintaq zamanı müəyyən olunub ki, qətlə yetirilən azərbaycanlı ilə bərabər 15 yaşlı yeniyetmə də yaralanıb. Stokholm şəhər polisinin mətbuat xidmətinin rəhbəri Helena Tomas bildirib ki, qatillər Azərbaycan vətəndaşını öldürdükdən sonra velosipedlə aradan çıxıblar.

Hazırda onların axtarışları davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23965

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26