İstirahətə gedənlərin NƏZƏRİNƏ : Ölkələrin bəxşiş məbləği
06 mart 2024 16:59 (UTC +04:00)

İstirahətə gedənlərin NƏZƏRİNƏ: Ölkələrin bəxşiş məbləği

İstirahət edənlərin 40%-i səyahət etməzdən əvvəl müəyyən bir ölkədə nə qədər bəxşiş verəcəyini yoxlayır. Bununla belə, səyahət etdikləri ölkələrdə bəxşiş mədəniyyətini bilməmələri səbəbindən onlar nəinki kobud görünə, həm də həddindən artıq pul ödəyə bilərlər.

Lent.az xarici KİV-ə istinadən turistlərin tətilədə nə qədər bəxşiş verməsi lazım olduğunu söyləyib.

Müxtəlif ölkələrdə nə qədər bəxşiş buraxmaq adətdir?

ABŞ

ABŞ-ın özünəməxsus bəxşiş mədəniyyəti var və əcnəbilər ödəməli olduqları məbləğdən şoka düşə bilərlər. ABŞ-da insanlar adətən yemək müəssisələrində 15-20% bəxşiş verirlər. Turistlərdən də xidmətçilərə və otel işçilərinə bəxşiş verməsi tələb olunur.

Türkiyə

Türkiyədə bəxşiş vermək çox yayqın deyil. Lakin turistlər xüsusilə yaxşı yemək və ya xidmət üçün əlavə pul qoya bilər. Barlarda, taksilərdə və kafelərdə adətən tələb olunmur.

İspaniya

İspaniyada əksər kafe, restoran və barlarda xidmət haqqı hesaba daxildir. Restoranda xidmət haqqı yoxdursa, çekin ümumi məbləğinin 5-10%-i məbləğində bəxşiş buraxa bilərsiniz.

Portuqaliya

Adətən burada yeməklərin qiymətinə xidmət haqqı da əlavə olunur, halbuki Portuqaliyada bəxşiş o qədər də yayqın deyil. Bununla belə, restoranlarda bəzən növbəti avroya yuvarlaqlaşdırma təşviq olunur. 

İtaliya

Xidmət haqqı adətən hesaba əlavə olunur. İtaliyada həmçinin “coperto” (və ya “giriş haqqı”) sistemi mövcuddur ki, bu sistemdə turistlərdən restoranda masa arxasında əyləşdikdə süfrə düzümü, çörək və zeytun üçün əlavə məbləğ alınır.

Yunanıstan və Kipr

Yunanıstanda və Kiprdə bəxşiş ümumiyyətlə gözlənilmir, lakin xüsusilə yaxşı yemək və ya xidmət üçün təxminən 10% vermək gözəl jest hesab ediləcək.

Fransa

Fransada xidmət haqqı hesaba əlavə olunur. Turistlər, xüsusilə yaxşı bir münasibət gördükərini hiss etsələr, əlavə pul verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2412
avatar

Fidan İlqar

Oxşar yazılar