İnternetdə 40-a yaxın qadınla tanış oldu, onlardan  80 min dollar   oğurladı
29 sentyabr 2022 04:14 (UTC +04:00)

İnternetdə 40-a yaxın qadınla tanış oldu, onlardan 80 min dollar oğurladı

Çində 38 yaşlı internetdə tanış olduğu qadınlardan pul oğurlayıb.

Lent.az xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.

İndiyədək 39 qadınla tanış olan kişi onlardan təxminən 560 min yuan (77 510 ABŞ dolları) oğurlayıb. 

Dörd il ərzində o qadınlarla uğurlu həkim və ya hüquqşünas adı altında görüşüb.

Onun son qurbanı hüquq-mühafizə orqanı əməkdaşı olub.

Hadisəni törədən şəxs həbs edilib və 11 il 6 ay həbs və 30 min yuan cərimə edilib.
 

# 2319
avatar

Oxşar yazılar