Hitler intihar etməyib  – Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi ARAŞDIRMASI
12 aprel 2025 14:51 (UTC +04:00)

Hitler intihar etməyib – Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi ARAŞDIRMASI

Mərkəzi Kəşfiyyat İdarəsi sənədlərin məxfiliyini ləğv edib: agentlər Hitleri ölümündən sonra 10 il Latın Amerikasında axtarıblar.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məxfilikdən çıxarılan arxivlərinə görə, 1945-ci ilin aprelində Adolf  Hitlerin Berlin bunkerində intihar etməsinin rəsmi elanından sonra on il ərzində Amerika kəşfiyyat orqanları Fürerin... izlərini Cənubi Amerikada aktiv şəkildə axtarmağa davam ediblər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sənədlər göstərir ki, Mərkəzi Kəşfiyyat İdarəsi guya Hitlerin Almaniyada ölmədiyini, qaçmağa müvəffəq olduğunu göstərən sübutlar əldə edib. Bir agent 1950-ci illərin əvvəllərində Kolumbiyada onunla şəxsən görüşdüyünü və hətta onunla danışdığını bildirib. Buna sübut olaraq o, qərargaha Hitlerə aid olduğunu iddia etdiyi bir fotoşəkil göndərib.

Bu materiallara görə, 1955-ci ildə Hitler guya İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra bir çox keçmiş nasistlərin əslində mühacirət etdiyi Argentinaya köçüb.

Əldə edilən sübutlara baxmayaraq, Mərkəzi Kəşfiyyat İdarəsinin axtarışı davam etdirmək üçün əlavə maliyyə tələbi agentlik rəsmiləri tərəfindən rədd edilib. Sonradan Hitlerin ölümünün rəsmi versiyası dəyişməz qalıb və aparıcı tarixçilər tərəfindən tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752

Oxşar yazılar