Ermənistanda ərlə arvad intihar edib
24 oktyabr 2021 15:14 (UTC +04:00)

Ermənistanda ərlə arvad intihar edib

Ermənistanda yaşlı kişi və onun həyat yoldaşı özlərini öldürüblər. 

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, ölkənin fövqəladə hallar xidmətinə Kotaysk vilayətinin Zovuni kəndindəki mənzillərdən birində yaşayan ərlə arvadın telefon zənglərinə, qapının döyülməsinə reaksiya vermədikləri haqda məlumat daxil olub. 

Hadisə yerinə gələn xilasedicilər qapını sındırandan sonra yataq otağında 72 yaşlı Samvel Qevorkyan və 67 yaşlı Larisa Sərkisyanın meyitlərini aşkar ediblər. 

Onlar intihardan əvvəl məktub yazıblar: “Bu bizim doğru qərarımızdır. Bizim qohumlarımız yoxdur”.

Məlumata görə, məktub onların özlərini öldürdüyünü təsdiqləyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3882
avatar

Oxşar yazılar