"Crocus City Hall" konsert kompleksindəki dəhşətli hadisələrlə əlaqədar ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Lent.az xəbər verir ki, bu barədə "Crocus Group" adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidenti Emin Ağalarov instaqram hesabında paylaşım edib.
"Bu hücum hər kəs üçün dəhşətli bir faciədir, şəxsən mənə və ailəmə toxundu. Kədəri ifadə etmək üçün söz yoxdur",- deyə qeyd olunub.