Şəhər gəzintilərinin ən unudulmaz hissələrindən biri göylərə ucalan nəhəng göydələnlərə tamaşa etməkdir. Bu möhtəşəm memarlıq əsərləri yalnız yaradıcı təxəyyül deyil, həm də düşünülmüş şəhər planlaşdırması tələb edir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki,bir binanın göydələn sayılması üçün minimum 150 metr hündürlüyə malik olması lazımdır. Bu meyara əsasən tərtib edilmiş reytinqdə Honkonq 560 göydələnlə birinci yerdə qərarlaşıb.
Honkonq - Göydələnlər şəhərinin zirvəsində
Əhalisinin sürətlə artdığı və dağlıq relyefə malik olan Honkonqda yeganə çıxış yolu "yuxarıya doğru tikinti" olub. Bu da şəhəri Cənubi Çin dənizi sahilində yerləşən göydələn cənnətinə çevirib.
Şəhərin ən hündür binası Beynəlxalq Ticarət Mərkəzi 2010-cu ildə tikilib və 484 metr hündürlüyü ilə 118 mərtəbədən ibarətdir. Digər mühüm binalar sırasında Beynəlxalq Maliyyə Mərkəzi (416 m), Central Plaza (374 m) və Çin Bankı Qülləsi (1989-cu il, asimmetrik arxitektura ilə tanınır) var. Sonuncu bina “İşıqlar Simfoniyası” adlı axşam işıq şousunun da simvoludur.
Ən çox göydələnə malik 20 şəhər (2024)
- Honkonq, Çin – 560 göydələn
- Şengen, Çin – 444
- Nyu-York, ABŞ – 320+
- Dubay, BƏƏ
- Quançjou, Çin
- Şanxay, Çin
- Kuala-Lumpur, Malayziya
- Vuhan, Çin
- Tokio, Yaponiya
- Çunçin, Çin
- Çikaqo, ABŞ
- Banqkok, Tailand
- Çendu, Çin
- Cakarta, İndoneziya
- Mumbay, Hindistan
- Toronto, Kanada
- Şenyang, Çin
- Sinqapur, Sinqapur
- Nanning, Çin
- Xançjou, Çin