Antonio Quterreş, BMT-nin Baş katibi
22 aprel 2021 11:11 (UTC +04:00)

Antonio Quterreş, BMT-nin Baş katibi

“Bu intihara bərabərdir” - BMT Baş katibindən SOS

“Beynəlxalq Ana Torpaq Gününü qeyd etdiyimiz bir vaxtda planetimiz uçurumun kənarındadır. Bəşəriyyət təbiəti istismar etməyə davam edir”.

Lent.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Ana Torpaq Günü münasibətilə etdiyi müraciətində bildirib.

Baş katib əlavə edib ki, Yer kürəsindəki ehtiyatları amansızca talan edirik, vəhşi təbiəti yox edirik, habelə atmosfer, torpaq və dənizi tullantı yerinə çeviririk: 

“Vacib ekosistemlər və ərzaq zənciri məhv olmaq üzrədir. Bu intihara bərabərdir.
Biz təbiətə qarşı müharibəni dayandırmalı və onu bərpa etməliyik. Bu, qlobal istiləşməni 1.5 °C-ə məhdudlaşdırmaq üçün iqlim dəyişikliyinə qarşı cəsarətlə mübarizə aparmaq və gərəkli dəyişikliklərə uyğunlaşmaq deməkdir. 

Bu, biomüxtəlifliyi qorumaq üçün daha ciddi addımların atılması deməkdir. Bu, həmçinin, tullantıları məhdudlaşdıran dairəvi iqtisadiyyatı qurmaq və çirkələnməni azaltmaq
deməkdir. Bu addımlar yeganə evimiz olan Yer planetini qoruyacaq və milyonlarla yeni iş yeri yaradacaq”.

Müraciətdə daha sonra vurğulanıb ki, COVID-19 pandemiyasından bərpa prosesi dünyanın daha təmiz, yaşıl və dayanıqlı olması üçün bir şansdır:

“Gəlin builki Beynəlxalq Ana Torpaq Günündə planetimizi sağaltmaq və təbiətlə sülh içində yaşamaq üçün ciddi səy göstərək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2358
avatar

Oxşar yazılar