Azərbaycanın yardım edəcəyi ölkədə ölənlərin sayı artır
28 avqust 2022 10:05 (UTC +04:00)

Azərbaycanın yardım edəcəyi ölkədə ölənlərin sayı artır

Pakistanda son sutkada daha 119 nəfər daşqınların qurbanı olub.

Lent.az-ın xəbərinə görə, bu barədə Pakistan Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi məlumat yayıb.

Daşqın nəticəsində təkcə son sutkada 119 nəfər ölüb, 71 nəfər xəsarət alıb

Bundan əvvəl iyunun ortalarından indiyə qədər sel və daşqınların ölkədə 937 nəfərin ölümünə səbəb olduğu açıqlanmışdı.

Daşqın və subasmalara səbəb musson yağışlardır. Pakistan hökuməti ölkədə fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2181
avatar

Oxşar yazılar