ABŞ-ın yeni vitse-prezidenti bu şəxs olacaq
15 iyul 2024 23:59 (UTC +04:00)

ABŞ-ın yeni vitse-prezidenti bu şəxs olacaq

Respublikaçıların Miluokidə keçirilən Milli Qurultayına getməzdən əvvəl Donald Tramp vitse-prezidentinin adını açıqlayıb.

Lent.az xəbər verir ki, Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələrsə, administrasiyada vitse-prezident postunu Ohayo ştatının senatoru Cey Di Vens ala bilər.

“Truth” sosial şəbəkəsindəki paylaşımında Tramp izah edib ki, o, Vensi ABŞ-ın vitse-prezidenti vəzifəsində işləməyə ən layiqli şəxs hesab edir.

Qeyd edək ki, Respublikaçıların qurultayı iyulun 15-də başlayıb, iyulun 18-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759
avatar

Oxşar yazılar