Türkiyənin paytaxtı Ankaranın simvollarından olan Atakule Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu addım Azərbaycana dəstək məqsədilə atılıb. Mavi, qırmızı və yaşıl rənglərlə işıqlandırılan qüllənin üzərində “İki Dövlət Tək Millət, Can Azərbaycan” mesajı yer alıb.
Qeyd edək ki, Ankarada yerləşən Atakule 125 metrlik televiziya və baxış qülləsidir. Qüllə şəhərin demək olar ki, hər yerindən görünür və qüllənin yuxarı hissəsindən bütün şəhəri quş baxışı ilə görmək mümkündür.