İran donanması hərbi təlimlərə başlayır
04 may 2010 13:30 (UTC +04:00)

İran donanması hərbi təlimlərə başlayır

Təxminən iki həftə öncə İran İnqilab keşikçilər Qvardiyası körfəzdə, Hörmüz boğazı yaxınlığında 4 günlük hərbi manevr keçirdi.

Lent.az-ın “mignews”-a istinadən məlumatına görə, mayın 5-də İslam Respublikasının Hərbi Dəniz Donanması İran körfəzində təlimlərə başlayacaq.

“Hərbi Dəniz Donanması 250 min kv. km-lik ərazidə, İran və Oman körfəzlərində, Hind okeanının şimalında 8 gün hərbi təlim keçəcək” - deyə, donanmanın komandanı bildirib.

Xatırladaq ki, İranın ali rəhbəri ayətulla Xamneyi Əli Fədəvini qvardiyanın dəniz donanmasına yeni komandan təyin edib. Əvvəllər bu postu tutan Mürtəza Səfəri isə bundan sonra İran Zabitlər Akademiyasının rəhbəri olacaq.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749

Oxşar yazılar