Dünya bu gün
21 oktyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1520. Səyyah Magellan Cənubi Amerikanı Antarktidadan ayıran boğazı kəşf edib. Sonradan bu yer onun şərəfinə Magellan boğazı adlandırılıb
1603. Şah Abbas Təbrizi Osmanlı qoşunundan təmizləyib
1805. İspaniya və Fransa arasında Trafalqar döyüşü baş verib
1833. Alfred Nobel anadan olub
1879. Tomas Edison ilk közərmə lampasını sınaqdan çıxarıb
1915. İlk transatlantik telefon rabitəsi Virciniya və Paris arasında qurulub
1928. Lev Trotski bütün dünya kommunistlərini Stalinə qarşı mübarizəyə çağırıb
1932. Aşıq Kamandar (Əfəndiyev Kamandar Həmid oğlu) anadan olub
1932. Şair Xəlil Rza Ulutürk anadan olub
1934. Çində Mao Ze Dunun başçılığı ilə “Böyük Yürüş” başlayıb
1990. Milli qəhrəman Eltun İsgəndərov anadan olub
1993. Müstəqil Azərbaycan Respublikası Braziliya ilə diplomatik əlaqələr qurub
1997. “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında Qanun” qəbul edilib
1999. Qroznıda bazarın bombalanması nəticəsində 110 nəfər həlak olub, 400-dən çox yaralanıb
2001. Sonuncu İran şahının ikinci arvadı Sürəyya İsfəndiyari Parisdə vəfat edib
2005. Əli İnsanov və Fərhad Əliyev YAP-dan xaric edilib
2007. Türkiyənin yeni Konstitusiyası referenduma çıxarılıb
2009. Şəhidlər xiyabanındakı (Türk şəhidliyi) türk bayraqları yığışdırılıb
2009. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Bakıya rəsmi səfərə gəlib. Səfər çərçivəsində o, prezident və xarici işlər nazirləri ilə görüşüb
2009. Türkiyə-Ermənistan protokolları Türkiyə parlamentinə təqdim edilib
2011. Sərhəd zastavasında atışmaya görə İran Azərbaycana etiraz notası verib
2011. ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri ilə görüşüblər.

Günün aforizmi

“Dünyanın behişti Azərbaycanım
İştaha gətirdi qəsbkarları,
Yağlı quyruq gəzən canavarları.”
Xəlil Rza
# 1128

Oxşar yazılar