“2021-ci ildə ötən illərin dəbini görə biləcəyik. Bu il xanımların qarderobunda 70-ci illərin məşhur trapes biçimli geyimləri üstünlük təşkil edəcək”.
Bunu Lent.az-a açıqlamasında tanınmış modelyer Şəlalə Maqsudova bildirib.
Modelyer bu il bol biçimli pencəklərin, koftaların da dəb olacağını qeyd edir:
“Məşhur geyim markaları gələn il xanımlar üçün diz qapağına qədər olan, bol biçimli üst geyimləri, paltolar, montlar hazırlayır.”