Saç qurudanda etdiyimiz  SƏHVLƏR
18 iyun 2021 16:01 (UTC +04:00)

Saç qurudanda etdiyimiz SƏHVLƏR

Xanımlar fendən düzgün istifadə etmədikdə, həm saçlarına, həm də fenlərinə ciddi ziyan dəyir. 

Lent.az saçların düzgün fenləmə qaydasını təqdim edir: 

Saçı yalnız isti hava ilə qurutma

Saçınızı qurudarkən soyuq hava xüsusiyyətindən istifadə etmək saçlarınızı nəmli saxlayacaq. Bu zaman saçınıza daha asan forma verə bilərsiniz. 

Feni saça yaxın tutmaq

Feni saçınıza çox yaxın tutarsanız, saçlarınız qırılacaq, baş dəriniz yana bilər. Saçınızla fen arasında 30 santimetr məsafə saxlamaq lazımdır. 

Saçı hissələrə ayırmamaq

Çox vaxt saç hissələrə bölmədən, sadəcə irəli və geri hərəkət etdirərək qurudulur. Saçları 4-5 hissəyə bölməklə qurutma prosesini surətləndirə bilərsiniz.

Fendən çox istifadə etmək

Çox vaxt saçı qurutmaq üçün həftədə bir neçə dəfə fen işlədirsinizsə, o zaman saçları istidən qoruyan vaistələrdən istifadə etməyiniz məsləhət görülür.  

Saçı qurudan kimi...

Saçınızı qurutduqdan sonra dərhal çölə çıxmayın. Çünki temperaturun qəfil dəyişməsi başınızın dərisinə zərər verə bilər. 

Yüksək temperaturda qurutmaq

Bu ən çox edilən səhvlərdən biridir. Saçı bu şəkildə fenlənəndə saçınız çox quruyur və asanlıqla qırılır. Yüksək temperaturdan yalnız xüsusi hallarda istifadə etmək məsləhət görülür.  


 

# 3045
avatar

Nigar Adil

Oxşar yazılar