İstənilən yaşda dəriyə qulluğun 7 QAYDASI
11 iyul 2021 18:01 (UTC +04:00)

İstənilən yaşda dəriyə qulluğun 7 QAYDASI

Bir az səy göstərsəniz hamar, parlaq, dərindən işıq saçan dəriyə sahib olacaqsınız.

Lent.az 7 qaydanı sizə təqdim edir:

1. Gündə iki dəfə gel və ya pH təqribi 5–5,5 olan köpük ilə yuyunmaq.  Belə vasitə dəridə müdafiə qatını qoruyur.

2. Yatmazdan əvvəl mütləq kosmetikanı təmizləyin.

3. Dərinizə uyğun olan kosmetikadan istifadə edin.

4. Gecə və gündüz üçün fərqli vasitələrdən istifadə edin. Ən yaxşısı gündüz  nəmləndirici, gecə isə qidalandırıcı.

5. Həftədə 1-2 dəfə skrab və ya pilinq ilə dərini dərindən təmizləyin.

6. Göz ətrafına xüsusi diqqət yetirin: göz altı üçün xüsusi krem və serumdan istifadə edin.

7. Günəş əleyhinə olan kosmetik vasitələrə üstünlük verin. Yayda və ya qar tətilində 30 SPF-dən az olmayan vasitələrdən istifadə etmək lazımdır.

Bununla yanaşı, yaş ilə dərinin dəyişdiyini nəzərə almaq lazımdır. 30 yaşlarında onlarsız keçinə bildiyimiz vasitələr, 40 yaşlarında artıq vacib olur. 20 üçün kritik olmayan məqamlar 50- də daha əhəmiyyət kəsb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3906
avatar

Oxşar yazılar