Üzdəki qırışların çoxalması insanın yaşlı görünməyinə səbəb olur.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, qırışlarla mübarizədə təsirli vasitələrdən biri də sodadır. Soda üzdəki bakteriyaları yox edərək məsamələri açır və dərinin nəfəs almasına kömək edir.
2 xörək qaşığı sodanı stəkana tökün və qarışdırın. Barmaqlarınızı bu sodalı su ilə isladaraq üzünüzdə istədiyiniz bölgəyə sürtün və sodanın üzünüzdə qurumasını gözləyin. 15-20 dəqiqə sonra üzünüzü ilıq su ilə yuyun. Son olaraq dərinizə uyğun nəmləndirici kremdən istifadə edin.
Sodalı su ilə üzə qulluq qara nöqtələrin və sızanaqların meydana gəlməsinin də qarşısını alır.