Qadınların hamısının "fövqəladə hallar" üçün çantasında saxlamalı olduğu vacib məhsullar var.
Təcili iclasa, yaxud axşam yeməyinə dəvət olunmuzunuz, getmək istəyirsiniz, amma müxtəlif "texniki" problemlərlə qarşılaşırsınız? Narahat olmayın, çantanızda bu 5 gözəllik məhsulunuz varsa, problemlərinizin heç biri sizi narahat etməyəcək.
Lent.az xarici KİV-ə istinadən həmin məhsulları təqdim edir:
Kiçik ətirlər
Çantanızda sevdiyiniz və etibar etdiyiniz yaxşı bir ətir saxlayın. Sizə narahatlıq yaratmaması üçün ətirin kiçik ölçülü olmasını seçməyiniz vacibdir.
Ülgüc
O qədər önəmli olmasa da, hər qadının çantasında yer almalı əşyalardan biri də ülgüclərdir.
Qırmızı dodaq boyası
Makiyaj məhsullarınızı hər gün çantanızda gəzdirməyinizə ehtiyac yoxdur. Ancaq çantanızda mütləq bir makiyaj məhsulunuz - mat qırmızı dodaq boyası olmalıdır.
Nəmləndirici krem
Qırmızı dodaq boyası sizi xilas edər. Amma cildinizin canlı görünməsi üçün mütləq etibar etdiyiniz nəmləndirici bir kremə ehtiyacınız olacaq.
Saça qulluq məhsulu
Saçlarınız bir az parlaqsız və cansız görünürsə, bu eyni zamanda bütün görünüşünüzə də təsir edə bilər. Çantanıza parlaqlığınızın kölgələnməməsi üçün tutqun saçlarınızı canlandıracaq saç baxımı məhsulları da yerləşdirin.