Sevgi  baş ağrısını   aradan qaldırır
25 avqust 2021 17:04 (UTC +04:00)

Sevgi baş ağrısını aradan qaldırır

Aşiq olmağın beyinə və bədənə təsirləri sübut olunub. Hər kəs sevginin insanı yaxşı hiss etdirdiyi ilə razıdır. Bəs bunun bir də elmi cəhətdən sübut olunduğunu bilirsiniz?

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, sevmək təbii bir ağrıkəsici təsiri göstərir.

Qucaqlaşmaq insanın rahatlamasına səbəb olur. Bundan əlavə, son araşdırmalar 15-20 saniyəlik bir qucaqlaşma zamanı sərbəst buraxılan oksitosin maddəsi ağrılarla, xüsusən də baş ağrısı ilə mübarizə apara biləcəyini göstərir. Üstəlik, sevdiyiniz insanın şəklinə baxmaq dözümlülük həddini yüksəldir. Orta ağrını 40, şiddətli ağrını isə 15 faiz azaldır. Beynimiz, sevginin verdiyi müsbət duyğular sayəsində ağrılara dözmə qabiliyyətini inkişaf etdirir. Bu, sevginin ağrıları aradan qaldırma gücünə malik olduğu faktını sübuta yetirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3438
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar