Qısqanc kişi  arvadının saçını   qırxdı: Videonu dostlarına göndərdi
25 dekabr 2023 18:51 (UTC +04:00)

Qısqanc kişi arvadının saçını qırxdı: Videonu dostlarına göndərdi

Gürcüstanın Bolnisi bölgəsinin sakini arvadının saçını qırxaraq qadının alçaldılmasını əks etdirən videonu dostlarına göndərib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə Naxiduri kəndində (Kvemo Kartli bölgəsi) baş verib.

İddialara görə, zorakılıq “xəyanət zəminində” baş verib.

19 yaşlı arvadını fiziki və sözlü təhqir edən şəxsin görüntüləri sosial şəbəkədə onlarla insan tərəfindən paylaşılıb.

Video internetdə yayıldıqdan sonra polis araşdırmalara başlayıb. Həmin şəxs məişət zorakılığı ittihamı ilə saxlanılıb və hazırda məhkəmənin hökmünü gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5850
avatar

Oxşar yazılar