Tailand Tayvan və Nepaldan sonra eynicinsli cütlərin evlənə biləcəyi üçüncü Asiya ölkəsi olub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Tailandın kralı Maha Vaciralonqkorn sentyabrın 24-də eynicinsli nikahları qanuniləşdirən qanunu imzalayıb. Bu, Cənub-Şərqi Asiyada ilk belə haldır.
Qanun Tayvanın Mülki və Ticarət Məcəlləsinə "kişilər və qadınlar" sözlərini "şəxs" kimi gender baxımından neytral sözlərlə əvəz etmək üçün dəyişikliklər edilməsini tələb edir.
Yeniliklər LGBTQ+ icmasının evli üzvünə uşaqları övladlığa götürməyə və digər tərəfdaşın əmlakını miras almağa imkan verir.
Baş nazir Petonqtarn Çivat X sosial media hesabında yazıb: "Hər kəsin sevgisinə salamlar. Bütün sektorlardan dəstəyə görə təşəkkür edirəm. Bu, hamı üçün ortaq mübarizədir".
Qanun 120 gün ərzində qüvvəyə minəcək, eynicinsli cütlüklər 2025-ci ilin yanvar ayından etibarən nikahlarını qeydiyyatdan keçirə biləcəklər.
Tailand, Tayvan və Nepaldan sonra eynicinsli cütlərin evlənə biləcəyi üçüncü Asiya ölkəsi olub.
Hollandiyanın 2001-ci ildə belə bir qanunu qəbul etməsindən sonra bu gün dünyanın 30-dan çox ölkəsi eynicinsli nikahları qanuniləşdirib.