Onlar da  ayrıldılar?
28 mart 2022 16:57 (UTC +04:00)

Onlar da ayrıldılar?

Türkiyəli aktrisa Özgə Yağızın nişanlısı və həmkarı Gökbərk Dəmircidən ayrıldığı iddia edilib. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb aktrisanın nişanlısı ilə olan bütün şəkillərini “Instagram” sosial şəbəkəsindən silməsi olub. 

Amma cütlüyün birgə fotoları Gökbərk Dəmircinin hesabında qalıb. Onlar bir-birini izləmədən də çıxarmayıblar. 

Özgə ilə Gökbərk bir müddət əvvəl yayımlanan “Yemin” serialında tanış olub nişanlanmışdılar. Onlar bu barədə hələklik açıqlama verməyiblər.

Qeyd edək ki, Özgə Yağız hazırda “Show tv” kanalında yayımlanan “Baba” serialında “Büşra” obrazını canlandırır. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907
avatar

Sevinc Fərid

Oxşar yazılar