Kişi  ölən arvadı ilə  3 il eyni evdə yaşadı 
02 oktyabr 2023 17:52 (UTC +04:00)

Kişi ölən arvadı ilə 3 il eyni evdə yaşadı 

Almaniyada bir kişi mərhum həyat yoldaşı ilə bir neçə il eyni evdə yaşayıb. 

Lent.az xəbər verir ki, yerli sakinlər qadının qəfil yoxa çıxmasını həqiqətən də hiss etməyiblər.

Hadisə 500-ə yaxın insanın yaşadığı kiçik Lindelbax şəhərində baş verib. Bir gün qohumları cütlüyü ziyarət etmək qərarına gəliblər. Evə gəlmiş qonaqlar şok yaşayıblar. Onlar qadının mumiyalanmış cəsədini tapıblar.

Onlar dərhal bu barədə polisə məlumat veriblər. Məlum olub ki, qadının qəfil yoxa çıxmasına yerli əhalidən heç kim əhəmiyyət verməyib.

Qonşuların dediyinə görə, kişi uzun müddətdir  həyat yoldaşı ilə bağlı suallara qaçaraq cavab verib. Onlar da  bu barədə sual verməyi dayandırıblar.

Lindelbax meri bildirib ki, cütlük bu şəhərə 25 il əvvəl gəlib və onlar barədə şübhəli heç bir şey hiss edilməyib. 

Qadının ölümünün dəqiq səbəbi barədə məlumat verilmir. İlkin məlumata görə, ölümün cinayət olduğuna dair əlamət aşkar edilməyib. 

Buna baxmayaraq, kişinin ölmüş həyat yoldaşı ilə bir evdə yaşaması prokurorluğun diqqətini çəkib. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları bütün halların aydınlaşdırılması üçün araşdırma aparır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4695
avatar

Sevinc Fərid

Oxşar yazılar