Dünyanın ən varlı adamının toyu  necə keçiriləcək? - TƏFƏRRÜATLAR
24 mart 2025 19:10 (UTC +04:00)

Dünyanın ən varlı adamının toyu necə keçiriləcək? - TƏFƏRRÜATLAR

Amerikalı milyarder Ceff Bezos və teleaparıcı Loren Sançesin gələcək toyunun yeni təfərrüatları açıqlanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, cütlüyün mərasimə dəvət göndərdiyi məlum olub. Dəbdəbəli bayramın yayda Venesiyada keçiriləcəyi qeyd edilir.

Məlumdur ki, dünyanın ən varlı adamı 2023-cü ilin mayında öz dəbdəbəli Koru yaxtasında sevgilisinə evlilik təklifi edib. Daha sonra “Amazon” qurucusu teleaparıcıya dəyəri təxminən 2,5 milyon dollar olan 20 karatlıq çəhrayı brilyant üzük hədiyyə edib.

“Daily Mail” məşhurların toy planlaşdırdığını və Eva Lonqoriya, Keti Perri, Kim Kardaşyan, Kris Cenner, Cessika Alba, Leonardo Di Kaprio, Salma Hayek, Miranda Kerr, Opra Uinfri, Robert Pattinson, Suki Uoterhaus və Kris Roku dəvət etmək istədiklərini yazıb. Bundan əlavə, toyda Hollivud ulduzlarından başqa milyarderlərin də olacağı dəqiqləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1088

Oxşar yazılar