40 il bir yerdə olub, eyni gündə  öldülər
22 dekabr 2023 15:43 (UTC +04:00)

40 il bir yerdə olub, eyni gündə öldülər

İrkutskda 40 ildən çox birlikdə yaşayan ər-arvad eyni gündə dünyasını dəyişib.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, 68 yaşlı qadın xəstəxanada xərçəng xəstəliyindən müalicə alıb. Dekabrın 21-i səhər saatlarında o, 71 yaşlı ərinə zəng edib. Söhbət zamanı qadın ürəyində ağrılar olduğundan özünü yaxşı hiss etmədiyini deyib.

Zəngdən az sonra təqaüdçünün vəziyyəti pisləşib. O, reanimasiyaya aparılıb və həmin axşam orada ölüb.

Ertəsi gün qızı atasının yanına gələrək anasının ölümü barədə məlumat verib və onu əlində televizor pultu ilə ölü tapıb.

Qeyd olunur ki, kişi və qadın 40 ildən artıq bir yerdə yaşayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4806
avatar

Oxşar yazılar