İmtahan ver, dövlət qulluqçusu ol
09 oktyabr 2010 10:50 (UTC +04:00)

İmtahan ver, dövlət qulluqçusu ol

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən sentyabrın 1-də elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başlayır.


Komissiyadan Lent.az-a verilən məlumata görə, test imtahanları oktyabrın 11-də start götürəcək. Sonuncu imtahan isə oktyabrın 19-da keçiriləcək. Namizədlər təqdim edilmiş test imtahanı qrafikində dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər.


Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək. Test imtahanında iştirakla bağlı namizəd üçün zəruri olan məlumatlar, o cümlədən namizədin bir sıra hüquq və vəzifələri və qadağalar haqqında “Namizədin yaddaş vərəqəsi”ndən ətraflı məlumat verilir.

Elxan SALAHOV
# 2198

Oxşar yazılar