Bayramqabağı rayonlara gedənlərin NƏZƏRİNƏ
27 dekabr 2019 12:56 (UTC +04:00)

Bayramqabağı rayonlara gedənlərin NƏZƏRİNƏ

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova yeni il ərəfəsində kompleksdə insanların bir sıra problemlərlə üzləşməməsi üçün tövsiyələr edib. O, bununla bağlı “Facebook” profilində məlumat paylaşıb.

Lent.az həmin paylaşımı təqdim edir:

“Biletləri avtovağzala gəlmədən istər mobil tətbiq, istərsə də "avtovagzal.az" saytı vasitəsilə onlayn qaydada əldə edə bilərsiniz. Eyni zamanda, əlbəttə ki, avtovağzalın qabaqcadan satış kassalarından 10 gün əvvəldən səfər tarixinə 1 gün qalmışadək və ya gedəcəyiniz gün də əldə etmək mümkündür.

Amma bir neçə məqamı xatırlatmaqda fayda var. Bileti səfər etmək istədiyiniz vaxtdan ən azı bir neçə saat öncə əldə etməlisiniz. Onlayn bilet alarkən mütləq şəkildə qaydaları oxumanızı sizdən xahiş edirik. Qeydiyyatdan keçirsiniz və şəxsiyyət vəsiqənizdəki tələb olunan məlumatları düzgün əlavə edirsiniz. Əgər özünüzdən başqa bir şəxsə bilet almaq istəsəniz, həmin şəxsin də şəxsiyyət vəsiqəsindəki məlumatları daxil etməlisiniz. Bir başqa məqama da diqqət çəkmək istəyirəm. Əgər sizin getmək istədiyiniz istiqamət üzrə reys mövcuddursa, amma vaxtınızın uyğun gəlməməsi və ya başqa bir səbəbdən alternativ reys seçirsinizsə mütləq şəkildə seçdiyiniz alternativ reysin gediş haqqını ödəməlisiniz.

Hər hansı, sual və şikayət yaranarsa dərhal (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng edə və ya FB ünvanına yazıb göndərə bilərsiniz. Bütün müraciətlər bizim üçün çox dəyərlidir və ən tez bir vaxtda cavablandırılacaq. Hər birinizə uğurlu yol arzu edirik. Qarşıdan gələn bayramınız mübarək!”.

# 2031
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar