Bülent Ersoy  vəsiyyətini   AÇIQLADI
13 may 2024 14:39 (UTC +04:00)

Bülent Ersoy vəsiyyətini AÇIQLADI

Türkiyənin məşhur müğənnisi Bülent Ersoy vəsiyyətini açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, analar günündə sosial şəbəkədə anası Necla Poyrazın məzarının fotosunu yayıb. Dörd il əvvəl vəfat edən anasına məktub yazan müğənni paylaşımında vəsiyyətini də açıqlayıb.

Məktubunda anasına bu sözləri yazıb:

“Məni bağışla, haqqını halal et, çünki musiqidən başqa, bəlkə də sənə layiqli övlad ola bilmədim. Amma sən sağ ikən məni həmişə sevginlə, məhəbbətinlə hər yerdə, hamıya qarşı qorudun. Məkanın cənnət, ruhun şad olsun, “Analar günün” mübarək canım anam".

Ersoy meneceri Haluka isə vəsiyyət edib:

“Məni sən basdır. Mənim qəbrim hər zaman çox qəşəng, çox təmiz olmalı, hər gün xlorla, ağardıcı ilə yuyulub təmizlənməlidir, çiçəklərim həmişə təravətli olmalıdır. Ən əsası isə mənə davamlı olaraq dualar oxut”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3156
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar