Yaşayış binası vuruldu: Dağıntılar altından 14 nəfərin meyiti  çıxarıldı  -YENİLƏNİB-4
13 may 2024 05:01 (UTC +04:00)

Yaşayış binası vuruldu: Dağıntılar altından 14 nəfərin meyiti çıxarıldı -YENİLƏNİB-4

Belqorodda binanın uçması nəticəsində bir-neçə nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bununla da dağıntılar altından ümumilikdə 14 cəsəd çıxarılıb.

Xatırladaq ki, Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə raket zərbəsi endirib.

***
23:49

 

Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından indiyə qədər 11 nəfərin meyiti çıxarılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***
21:30

Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından indiyə qədər 6 nəfərin meyiti çıxarılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

saat 19.31

Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından 5 nəfərin meyiti çıxarılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

saat 18.48

Ukrayna Ordusunun Rusiyanın Belqorod şəhərində raket zərbəsi endirdiyi binanın dağıntıları altından 2 nəfərin meyiti çıxarılıb.

Lent.az-ın xəbərinə görə, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Vyaçeslav Qladkov dağıntılar altında hələ də qalanların olduğunun ehtimal edildiyini bildirib.

***

saat 13.09

Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə zərbə endirib.

Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Şors küçəsində raket zərbəsinə məruz qalan onmərtəbəli binanın bir girişi tamamilə çöküb.

İlkin məlumata görə, 4 nəfər ölüb, 21 nəfər yaralanıb.

Dağıntılar altında qalanların olduğu istisna edilmir.

“112” Telegram kanalı dağıntılar altında 20 nəfərin qaldığının ehtimal olunduğunu yazıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8475
avatar

Oxşar yazılar