Bu ölkədə kişilərdən  hamiləlik testi   tələb olunacaq
13 may 2024 12:45 (UTC +04:00)

Bu ölkədə kişilərdən hamiləlik testi tələb olunacaq

Yeni qaydalara əsasən, bundan sonra Böyük Britaniyada cərrahi əməliyyat etdirməyə hazırlaşan kişilərdən hamiləlik testi tələb olunacaq.

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, buna səbəb  transgenderlərdən birbaşa onun əvvəllər hansı cinsə mənsub olmasını soruşmağın etiketdən kənar hesab edilməsidir.

Britaniyada cinsini dəyişib kişi olan qadınlar bir qayda olaraq analıq rəhmlərini ləğv etdirmirlər. Bu gələcəkdə onların övlad dünyaya gətirməsini istisna etmir. Britaniyada kişi olduqdan sonra uşaq doğan transgenderlərin sayı az deyil.

İndi bu ölkədə pasientdən “siz anadan olarkən sizi hansı cinsə aid hesab ediblər” sualı verilir. Lakin şəxs bu suala cavab verməmək hüququna sahibdur. Elə buna görə də bundan sonra kişilərdən hamiləlik testi tələb olunacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3861
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar