Ömür uzunluğunu bilməyinizə  kömək edəcək   məşq TESTİ
13 may 2024 00:32 (UTC +04:00)

Ömür uzunluğunu bilməyinizə kömək edəcək məşq TESTİ

Bir neçə sadə hərəkət orqanizminizin hansı vəziyyətdə olduğunu göstərəcək.

İdman uzun müddət sağlamlığın və uzunömürlülüyün açarı kimi tanınıb. Fiziki fəaliyyət əzələləri və oynaqları gücləndirməyə kömək edir, ürək və ağciyərlərin fəaliyyətini yaxşılaşdırır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Braziliyada alimlərin bu yaxınlarda apardığı araşdırma göstərib ki, bir sadə fiziki testin nəticələri insanın ömrünün uzunluğunu proqnozlaşdıra bilir. Araşdırmaya 51-80 yaş arası 2000 iştirakçı daxil olub. İştirakçılar onların oturmaq və yerdən qalxmaq qabiliyyətini qiymətləndirən testdən keçiblər. Bu testin nəticələri alimlərə testin tamamlanma sürəti ilə növbəti altı il ərzində ölüm riski arasında əlaqə yaratmağa imkan verib.

Altı il ərzində 159 nəfər vəfat edib ki, bu da ümumi iştirakçıların 7,9 faizini təşkil edir. Ölümlərin əksəriyyəti aşağı test balları olan insanlar arasında baş verib, ən yüksək bal toplayanlar arasında isə yalnız iki nəfər ölüb.

Ən azı 8 bal toplayan iştirakçılar, 3 bal toplayanlarla müqayisədə sonrakı həyatlarında ölüm riski beş dəfə az olub. 4 ilə 6 arasında bal toplayan insanlarda risk iki dəfə yüksək olub.

Testdən keçmək üçün qollarınızı qarşınızda uzadaraq dayanın və bu vəziyyətdə yavaş-yavaş yerə oturun. Hərəkət zamanı əllərinizi, qollarınızı və ya dizlərinizi istifadə etməyin. Eniş etdikdən sonra ayaq üstə durun.

Bu vəziyyətdə, ayaqlarınızı çarpazlaşdırmağa və qollarınızı yaymağa icazə verilir, bu da tarazlığı qorumağa imkan verəcəkdir. Hər iki hərəkət on ballıq şkala ilə qiymətləndirilir. Dəstəyin hər istifadəsi üçün 2 xal, tarazlığın cüzi itkisi üçün isə 1 xal çıxarın. Oturmaq və ya ayağa qalxmaq üçün uğursuz cəhd üçün 2 xal da silinir.

"Otur-qalx" testi insanın fiziki hazırlığını, elastikliyini və sağlamlığını qiymətləndirmək üçün hazırlanıb. Hansı gündəlik fəaliyyətləri asanlıqla edə biləcəyinizi anlamağa kömək edir. Ancaq qeyd etmək lazımdır ki, test sağlamlığın yeganə göstəricisi deyil və həyat tərzi və qidalanma kimi digər amillər də ömrün uzunluğuna təsir göstərir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4071
avatar

Oxşar yazılar