"Arsenal" "Mançester Yunayted"i məğlub edib  zirvəyə yüksəldi
13 may 2024 01:02 (UTC +04:00)

"Arsenal" "Mançester Yunayted"i məğlub edib zirvəyə yüksəldi

Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turunda Londonun “Arsenal” klubu səfərdə “Mançester Yunayted” komandasını 1:0 hesabı ilə məğlub edib.

Lent.az xəbər verir ki, oyunun 19-cu dəqiqəsində Leandro Trossard fərqlənib.

Bununla da xallarını 86-a çatdıran "Arsenal" turnir cədvəlində zirvəyə yüksəlib.

2-ci pillədə olan və ehtiyatında daha bir oyunu olan "Mançester Siti"nin isə 85 xalı var.

"Şəhərlilər" mayın 14-də "Tottenhem" komandası ilə 34-cü turdan təxirə salınan matçda qarşılaşacaq.

Çempionluğun taleyi 38-ci turda həll olunacaq.

# 2244
avatar

Oxşar yazılar