Havanın temperaturu 5-8° aşağı enəcək-XƏBƏRDARLIQ
12 may 2024 19:50 (UTC +04:00)

Havanın temperaturu 5-8° aşağı enəcək-XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 12-si günün ikinci yarısından 14-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında mayın 12-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 15-i səhərədək fasilələrlə leysan xarakterli yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3708
avatar

Oxşar yazılar

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

14 dekabr 2024 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

14 dekabr 2024 , 09:30
Naxçıvanda güclü küləklə bağlı  XƏBƏRDARLIQ

Naxçıvanda güclü küləklə bağlı XƏBƏRDARLIQ

13 dekabr 2024 , 21:41
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

13 dekabr 2024 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

13 dekabr 2024 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

12 dekabr 2024 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

12 dekabr 2024 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

11 dekabr 2024 , 20:30