Göygöldə keçirilən Milli Yaylaq Festivalında səhnənin uçması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1998-ci il təvəllüdlü A. Oruci, 1997-ci il təvəllüdlü V. Məmmədov, 1980-ci il təvəllüdlü S. Məmmədova, 2018-ci il təvəllüdlü D. Fətullayeva və 1968-ci il təvəllüdlü H. Fətullayeva xəsarət alıblar.
***
19:33
Göygöldə keçirilən Milli Yaylaq Festivalında səhnə uçub.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Milli Yaylaq Fevralının keçirildiyi Xan Yurdu adlan ərazidə qeydə alınıb. Səhnənin uçması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb edilib.