"Arsenal" "Real Madrid"in və Braziliya milli komandasının hücumçusu Vinisius Junioru heyətinə qatmaq variantını nəzərdən keçirir.
Lent.az xəbər verir ki, London klubunun rəhbərliyi hələlik "kral klubu" ilə rəsmi danışıqlara başlamasa da, 26 yaşlı futbolçunun transferinə yaşıl işıq yandırıb.
"Real" Vinisiusla yeni müqavilə şərtləri barədə razılığa gələ bilmir. Braziliyalı oyunçunun Madrid təmsilçisi ilə hazırkı sözləşməsi 30 iyun 2027-ci ilə qədər nəzərdə tutulub.
2025/26 mövsümündə Vinisius keçirdiyi 53 oyunda 22 qol vurub və 14 məhsuldar ötürmə edib.
Transfermarkt portalı futbolçunun bazar dəyərini 140 milyon avro qiymətləndirir.