İspaniya millisinin keçmiş müdafiəçisi, hazırda məşqçi olan Pako Xemesin qızı atasının futbolçularla görüşməyi qadağan etdiyini bildirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Nadya Xemes Playboy modelidir. Onun “Instagram”da 344.000-dən çox izləyicisi var.
Pako Xemes İspaniya yığmasında 21 oyun keçirib. O, 2000-ci ildə Avropa çempionatında da yığmanın üzvü olub, komandası 1/4 finalda Fransaya uduzub. O, bütün futbolçu karyerasını İspaniyada keçirib.
Karyerasını başa vurandan sonra bütün ailəsi ilə Meksikaya getməyə qərar verib və burada "Krus Asul" klubunun rəhbərliyinə keçib. Eyni zamanda, qızının modellik karyerası başlayıb.
"Playboy Mexico platformasına çıxanda atam dəhşətə gəldi. O, hələ azyaşlı olduğum üçün müəyyən insanlara danışacağını söylədi. 17 yaşım var idi və bu, cinayət idi.
Meksikada idman mətbuatı daha çox tabloidə bənzəyir. Onlar çox maraqlıdırlar və mətbuat konfransında atamdan oyun haqda soruşanda mənim fotoşəkillərimi istədilər”, - Nadya “La Influencia” podkastına müsahibəsində deyib.
Meksikada məşqçilik etdikdən sonra İspaniyaya qayıdıb və burada “Las-Palmas” və “Rayo Valekano” komandalarına da rəhbərlik edib. Sonra Pako Xemes qızına aydın sözlərlə müraciət edib.
Hazırda uğurlu model və influencer kimi həyatdan həzz alan model deyib: "Atam mənə heç vaxt futbolçu ilə görüşməməli olduğumu söylədi. Mən heç vaxt futbolçu ilə olmamışam və öpüşməmişəm" deyib.
Bundan əlavə, qız mindən çox abunəçisi olan Twitch axın platformasında aktivdir.