Bu il  övladlığa verilən   uşaqların  SAYI
13 may 2024 13:44 (UTC +04:00)

Bu il övladlığa verilən uşaqların SAYI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 46 uşaq övladlığa verilib.

Bu barədə nazirlikdən Lent.az-a məlumat verilib.

Bildirilib ki, onlardan 24-ü oğlan, 22-si qızdır.

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

Agentlik tərəfindən reinteqrasiya tədbirləri də davam etdirilir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 33-ü oğlan, 25-i qız olmaqla 58 uşaq ailələrinə qaytarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1665
avatar

Fidan İlqar

Oxşar yazılar