Premyer Liqa və I divizionda mükafatlandırma mərasimi bu stadionlarda keçiriləcək
07 may 2019 11:44 (UTC +04:00)

Premyer Liqa və I divizionda mükafatlandırma mərasimi bu stadionlarda keçiriləcək

Topaz Premyer Liqasının və I Divizionun cari mövsümünün sonuncu turunda mükafatlandırma mərasimi keçiriləcək. 
 
ONA-nın məlumatına görə, Peşəkar Futbol Liqası yarışların qalib və mükafatçılarını mayın 11-də təntənəli şəkildə mükafatlandıracaq. 
 
Topaz Premyer Liqasında sonuncu turun “Neftçi” – “Qarabağ” görüşündən sonra, çempion “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş, “Səbail”ə isə bürünc medallar təqdim olunacaq. Eyni zamanda, yarışın bombardiri mükafatlandırılacaq. Mükafatlandırma mərasimi “Bakcell Arena”da reallaşacaq. 
 
I divizionda isə analoji hal Lökbatan Olimpiya İdman Kompleksində olacaq. Yarışın qalibi olan MOİK-ə qızıl, “Sumqayıt-2” komandasına gümüş medallar təqdim olunacaq. 3-cü yerin sahibi isə son turun “Neftçi-2” – “Qaradağ Lökbatan”, “Keşlə-2” – “Zaqatala” görüşlərindən sonra məlum olacaq. 3-cü yerin sahibi olacaq tərəf medallarını almaq üçün Lökbatana təşrif buyuracaq. Eyni zamanda, həmin gün I Divizionun bombardirinə də xüsusi mükafat təqdim ediləcək.
# 762
avatar

Oxşar yazılar