
Sumqayıt bulvarı genişləndirilir
Sumqayıt bulvarının ərazisi şimala doğru 1 kilometr uzadılır.
Bu barədə Lent.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib.
O bildirib ki, hazırda 106 hektar olan bulvarın ərazisi daha 32 hektar genişləndirilir:
”Ərazidə uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub. Yeni ərazidə restoranlar tikiləcək, çimərlik zonası salınacaq, 292 ədəd istirahət otaqlarının da inşa edilməsi planlaşdırılır. Bununla yanaşı genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol Səməd Vurğun küçəsinə birləşdiriləcək".
Dediyinə görə, bulvarın ərazisi genişləndirilən ikinci hissəsi bu ilin noyabr ayında əhalinin istifadəsinə veriləcək.
Xatırladaq ki, ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarı 2016-cı ildə salınıb.
Oxşar yazılar

Amerikalıların niyə ata adı yoxdur: Əvəzində nə yazırlar?
9 avqust 2025 , 11:07
Avqust 4 BÜRCƏ böyük pul gətirəcək – şanslılar AÇIQLANDI
9 avqust 2025 , 09:09
Azərbaycanda yaşıllıqlara 20 min manata yaxın ziyan dəydi
8 avqust 2025 , 18:56
Tale bu 4 BÜRCÜN həyatını dəyişəcək: heç xəyal etmədikləri də gerçəkləşəcək
8 avqust 2025 , 18:44Məktəblərdə cinsi təhsil fənni keçirilməlidir - PSİXOLOQ
8 avqust 2025 , 17:29
Yağış, leysan, dolu, sel XƏBƏRDARLIĞI
8 avqust 2025 , 17:00
Güclü maqnit qasırğası yaxınlaşır: hansı günlər təhlükəli olacaq
8 avqust 2025 , 16:01
Küləklə bağlı XƏBƏRDARLIQ
8 avqust 2025 , 15:23