<b>74 nəfərə "atan" iş adamından <span style="color:red;">YENİ XƏBƏR </b>
19 aprel 2019 09:43 (UTC +04:00)

74 nəfərə "atan" iş adamından YENİ XƏBƏR

Dələduzluqda təqsirləndirilən "Hom Paş Prestij” MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Lent.az-ın məlumatına görə, iş adamı barəsində toplanan  cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.
 
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
 
Cinayət işi üzrə 74 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. 
 
 
Qeyd edək ki, "Hom Paş Prestij MTK” 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq  çoxmərtəbəli bina tikintisinə başlayıb. Türkiyəli iş adamı H.Yiğitdöl Bakıda vətəndaşların etibarından sui-istifadə edərək, onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib. 
 
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. 
# 634
avatar

Səlcuq Elçin

Oxşar yazılar