Evin hamamından meyit tapıldı
17 aprel 2019 11:19 (UTC +04:00)

Evin hamamından meyit tapıldı

Bakıda evdən meyit tapılıb.
 
ONA-nın məlumatına görə, aprelin 16-da saat 17 radələrində Bakı şəhəri Nizami rayonunda yaşayan, 1940-cı il təvəllüdlü Əliyev Əkrəm Məmməd oğlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evin hamam otağında aşkar edilib.
 
Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub.
 
Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
# 670
avatar

Oxşar yazılar