AFFA klubları cərimələdi
16 aprel 2019 15:03 (UTC +04:00)

AFFA klubları cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
ONA-nın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXIV turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.
 
“Qarabağ” – “Sabah” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub. “Səbail” – “Neftçi” oyununda isə qonaqlar 4 futbolçusu sarı vərəqə aldığı üçün eyni məbləği ödəməlidir.
 
Matç başa çatdıqdan sonra “Səbail”ın qapıçısı Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb, klubu  1600 manat cərimələnib. Futbolçuya verilmiş 3 oyun cəzasının 2 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində  futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
 
“Keşlə” – “Qəbələ” matçının 88-ci dəqiqəsində qonaqların məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və klubunu 800 manat ziyana salıb.
# 694
avatar

Oxşar yazılar