<b>Arif Əliyevin daha bir kitabı işıq üzü gördü</b>
12 aprel 2019 10:00 (UTC +04:00)

Arif Əliyevin daha bir kitabı işıq üzü gördü

Jurnalist - publisist Arif Əliyevin “Sənət əbədidir, ömür amanat” adlı kitabı  “Altun kitab” da çapdan çıxıb.

Müəllifin Lent.az-a verdiyi açıqlamaya görə, üçpərdəli sənədli povest böyük sənətkar Ədil İsgəndərovun Azərbaycan Dram Teatrına rəhbərlik etdiyi və əsasən Səməd Vurğunun “Vaqif” əsəri üzərində işlədiyi dövrü əhatə edir.

Əsər teatr və kino rejissoru Rövşən Almuradlının 1975-76-cı illərdən danışdığı xatirələr əsasında qələmə alınıb. 

Qeyd edək ki, müəllifin bundan əvvəl çapdan çıxan, Cümhuriyyət əsgərlərinə həsr etdiyi  “Yalama” adlı kitabı  ötən il işıq üzü görüb. Əsər əsasında “Şəhidlər unudulanda ölürlər” adlı film də çəkilib

# 1167
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar