Təranə Qumral  58 yaşında   ana oldu
02 aprel 2024 15:27 (UTC +04:00)

Təranə Qumral 58 yaşında ana oldu

Müğənni Təranə Qumral dördüncü dəfə ana olması xəbərini təsdiqləyib.

Lent.az-ın xəbərinə görə, o “Rəngarəng səhər” verilişinə yeni doğulmuş körpəsi ilə qonaq gəlib.

O, üzünü gizlədərək Can adı verdiyi oğlunu efirə çıxarıb. 

“Çoxları elə düşünür ki, bu, mənim qızım Fidanın yeni doğulan övladıdır. Amma belə deyil. Bu, mənim öz oğlumdur. Bəli, mən dördüncü dəfə ana olmuşam”.

Qeyd edək ki, Təranə Qumralın ilk evliliyindən Qumral və Fidan adlı iki qızı, ikinci əri, həmkarı Musa Musayevdən isə Sevgim adlı bir qızı var. 
 

# 4944
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar