Polis rəisi rüşvətə görə HƏBS OLUNDU
26 aprel 2024 16:09 (UTC +04:00)

Polis rəisi rüşvətə görə HƏBS OLUNDU

Məhkəmə rüşvət almaqda təqsirləndirilən Kineşma şəhərinin polis rəisi vəzifəsini icra edən barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmənin qərarı ilə o, həbs olunacaq. İstintaq bu qabaqlayıcı tədbiri tələb edib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bu barədə İstintaq Komitəsinin İvanovo vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Kineşma şəhər polis idarəsinin rəisi, polis polkovnik-leytenantı Aleksandr Makaryçevin saxlanılması aprelin 24-də məlum olub. Həmin gün Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İvanovo vilayəti üzrə rəhbəri daxili yoxlamanın keçirilməsi barədə göstəriş verib. Departamentin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı Makaryçevin qanunsuz fəaliyyətlə məşğul olduğu müəyyən olunarsa, o, neqativ əsaslarla daxili işlər orqanlarından xaric ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15063
avatar

Oxşar yazılar