Dünyanın  ən böyük   gölü:  Xəzər dənizi   onun “varis”idir
26 aprel 2024 18:21 (UTC +04:00)

Dünyanın ən böyük gölü: Xəzər dənizi onun “varis”idir

Göllər bir-birindən parametrlərinə görə çox fərqlənə bilər, lakin adətən bu tip su anbarlarını çox böyük adlandırmaq olmaz. Baxmayaraq ki, bəziləri ölçüləri ilə göldən çox seçilir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kifayət qədər böyük göllər Baykal, Yuxarı dəniz, Xəzər dənizi, Viktoriya və digərləridir.

Lakin onların parametrlərini real rekordçu ilə müqayisə etmək çətindir.

Planetimizin tarixində ən böyük göl hansı idi?

Bir qrup alim reytinq liderinin ölçülərini etibarlı şəkildə qeyd və müəyyən etməyə nail olduqdan sonra bu rekord Ginnesin Rekordlar Kitabı tərəfindən qeydə alınıb. Bu rəqəmlər Aralıq dənizinin ölçüsünü belə üstələyir.

10 milyon ildən çox əvvəl bir su anbarı var idi. Alimlər gölün dəqiq ərazisini şəkildə müəyyən edə biliblər. Yeri gəlmişkən, Paratetis qurumağa başlayandan sonra onun suları digər su anbarları daxilində qismən qorunub saxlanılıb. Hesab olunur ki, Qara, Aral və Xəzər dənizləri onun “varisləri” olub.

# 7308
avatar

Fidan İlqar

Oxşar yazılar