[b]Bülənt Ersoyla Ömür Gedik bir-birinə girdi - YENİ QALMAQAL[/b]
27 mart 2019 12:12 (UTC +04:00)

[b]Bülənt Ersoyla Ömür Gedik bir-birinə girdi - YENİ QALMAQAL[/b]

Türkiyənin qalmaqallı sənətçisi Bülent Ersoy bu dəfə Heyvanları Çarəsizlik və İlgisizlik Koruma (HAÇİKO) təşkilatının qurucusu, müğənni Ömür Gediklə söz savaşına çıxıb.
 
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhurlar arsında söz davasına səbəb həftəsonu Ömür Gediyin qızının Qaziantepdə düzənlənən toy mərasiminə geydiyi kürk olub. 
 
Bülent Gediyin dəvəquşu tükündən olan kürk geydiyini iddia edərək, sözü ilə əməlinin üst-üstə düşmədiyini deyib. 
 
Bildirib ki, Ömür Gedik bir tərəfdən heyvanların müdafiəsinə qalxır, digər tərəfdən bu canlıların tükü ilə bəzədilmiş kürkü güyinir.
 
Ardınca isə daha sərt sözlər işlədib: "Ürəyidaş, yalancı! Maskan yırtıldı, daha nə danışacaqsan!"
 
İddiaları qəbul etməyən təşkilat rəhbəri Bülənt Ersoyu həqiqətəuyğun açıqlama verməməkdə qınayıb. Əsəblərinə sahib ola bilməyən Gedik qarşı tərəfi iftiraçı adlandırıb.
 
Bu sözü həzm edə bilməyən Ersoy Gediyi məhkəməyə verib. 
 
Digər xəbərdə isə qeyd edilir ki, Bülent Ersoy ve modelyer Gülşah Saraçoğlu Ömür Gedikin qiyafətinin qaz tükündən olduğunu dilə gətiriblər.
 
Ersoy Gediki “showgirl” adlandıraraq bildirib ki, fotolarında geyindiyin quş tükündən olan kürklər deməyə əsas verir ki, onun başında durduğu “kürkə yox” kampaniyası sadəcə, şou yaratmaqdır.
 
# 873
avatar

Oxşar yazılar