<b>Tolik Xatirə İslamı tənqid etdi:<span style="color:red;"> "Gənclər səndən..."</b>
31 may 2018 10:29 (UTC +04:00)

Tolik Xatirə İslamı tənqid etdi: "Gənclər səndən..."

Prodüser Tolik ( Tarix Əliyev ) fəxri ad almadığı üçün sosial şəbəkədə etiraz edən Xatirə İslamı tənqid edib. Lent.az-ın məlumatına görə, prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişində Xatirənin bu addımını qınayıb:

“Xatirə əllərini çırmalasın, Heydər Əliyev Sarayında, “Yaşıl Teatr”da konsert versin. Gənclərimiz var ki, Xatirədən sonra sənətə gəliblər, amma nə qədər konsert veriblər. Xatirə bir dəfə çıxıb bölgələrdə konsert versin. “Əməkdar artist” adı əmək verən artistə verilir. Bunları nəyəsə görə yox, vətənimizə görə edirik”.

# 375
avatar

Yalçın UĞUR

Oxşar yazılar